Argentinada 6,5 bal gücündə zəlzələ olub

23 Mart 2023 02:11 (UTC+04:00)

Argentinada 6,5 bal gücündə zəlzələ olub. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Argentinanın şimal-qərbindəki Jujuy bölgəsində yerli vaxtla saat 13.00-da baş verən zəlzələnin 209 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Zəlzələ eyni maqnitudada Çilinin şimalında da hiss olunub.

İlkin məlumata görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb.