Fuat Oktay parlament seçkilərində iştirak edəcək

23 Mart 2023 01:46 (UTC+04:00)

Türkiyənin vitse-prezidenti Fuat Oktay parlament seçkilərində iştirak edəcək. SİA xəbər verir ki, bu barədə yerli telekanallara müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, F.Oktay Ankara şəhərindən deputatlığa namizəd kimi irəli sürüləcək. Ərdoğanın sözlərinə görə, Türkiyə Nazirlər Kabinetinin 17 üzvünün demək olar ki, hamısı deputatlığa namizəd olacaq.

Türkiyə liderinin sözlərinə görə, nazirlər böyük şəhərlərdən namizəd kimi parlament seçkilərində iştirak edəcək.

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.