Türkiyədə yenə zəlzələ oldu

23 Mart 2023 01:04 (UTC+04:00)

Türkiyənin Malatya vilayətində zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi tviter səhifəsində məlumat yayılıb.

Yeşilyurt bölgəsində baş verən zəlzələ 4.4 maqnitudalı olub. Zəlzələ yerli saatla 22:43-də qeydə alınıb və 7 kilometr dərinlikdə olub.