"Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər" - ƏRDOĞAN

23 Mart 2023 00:18 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük. SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib.

TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib: “Biz TDT ilə artıq bir bədənin üzvləri kimiyik. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”.