"Görüş bizim üçün çətin keçdi"

23 Mart 2023 00:14 (UTC+04:00)

“Turnirdə ilk oyunumuzu keçirdik. Rəqibimiz daha təcrübəli Fransa yığması idi. Bizim heyət üzvləri ilk dəfə idi beynəlxalq oyunda iştirak edirdi. Düzdür, komanda sentyabrdan Yüksək Liqada iştirak etməklə müəyyən təcrübə əldə edib. Amma beynəlxalq oyunlar fərqli keçir". SİA xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsi çərçivəsində Fransa yığmasına 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Matça gəldikdə, görüş bizim üçün çətin keçdi. Yenə deyirəm, rəqibimiz bu cür bir neçə oyunda iştirak etdiyindən, daha təcrübəli hesab olunurdu. Razı qaldığım məqam uşaqların heç nədən çəkinmədən sona qədər mübarizə aparmasıdır. Ustalıq səviyyəsində onlardan geri qalsaq da, oyunçularımız əzmkarlıq hesabına nəsə etməyə çalışırdı. Qarşıda daha iki oyunumuz var. Əlbəttə, çalışacağıq ki, xal və ya xallar qazanaq” - deyə o bildirib.