Medvedev yenə də sakit tərzdə, xəbərdarlığını elədi...

23 Mart 2023 00:08 (UTC+04:00)

Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya xarici silahların verilməsinin nəticələrini şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Telegram” kanalında yerləşdirdiyi videoda danışıb.

Beləliklə, Medvedev vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarının tədarükü nüvə apokalipsisinin yaxınlaşması təhlükəsi yaradır.

Onun sözlərinə görə, Kiyevə hər gün hərbi yardımın göstərilməsi nəticəsində böhran ehtimalı daha da reallaşır.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, ölkəsinin Kiyevə nüvə komponenti olan silahların tədarükünə cavab verəcəyini demişdi. O, həmçinin Qərbin Moskva ilə son ukraynalıya qədər vuruşmağa qərar verməsini təklif edib.

Xatırladaq ki, martın 21-də Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldi, hərbi yardım çərçivəsində ölkəsinin Ukraynaya bir sıra “Challenger 2” tankları ilə birlikdə tükənmiş uran mərmiləri partiyası göndərəcəyini bəyan edib?

Onu da qeyd edək ki, saatda 6120 kilometri keçə bilən bu silah Yuqoslaviyanın bombalanmasıda, “Səhrada tufan” əməliyyatında və ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi zamanı istifadə edilib.

Ağasəf Babayev