Hər şey onların düşündüklərindən də pisdir?

23 Mart 2023 00:01 (UTC+04:00)

Rusiyada konservasiyada olan tankların ehtiyatları nominal rəqəmlərdə göründüyü qədər də böyük deyil. Ona görə də, minlərlə zirehli texnikanın yalnız kiçik bir hissəsi cəbhəyə göndərilə bilər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi ekspert Aleksandr Kovalenko deyib.

Qeyd edək ki, açıq mənbələrdən əldə edilən məlumatlara görə, hazırda Rusiyada 60-90-cı illərin “məhsulu olan” 13 minə yaxın tankı var. Onların arasında 3 minə yaxını T-80, 8 minə yaxını T-72 və 2,5 minə yaxın isə T-62-dir.

Ehtimallara görə, az sayda “göyərtili” T-90-lar da var.

Ancaq məsələ bundadır ki, saxlama şəraitinin pis olması səbəbindən onların yalnız bir hissəsi bərpa üçün uyğun gəlir. Yəni təxminən 500-800 T-62, yenə də təxminən 1300 T-72 və ən nəhayət 600 T-80 tankları.

Anbarda qalan digər tanklar isə, ən yaxşı halda ehtiyat hissələrinə və ya da ki, “metalloma” gedəcək.

Təbii ki, mən bunu özümdən icad etmirəm və Ukrayna saytında yazılanlara istinad edirəm. Amma qələmin düşmən əlində olduğunu güman etmək əbəsdir.

Beləliklə, hazırda rusların döyüş meydanına T-54 və T-55-i tanklarını çöxarmalarına münasibət bildirən Kovalenko bunu ruslar üçün olan iki problemlə əlaqələndirir.

Birincisi, ruslar bərpa üçün həqiqətən uyğun olan son model tankların göstərilən sayından daha az ola bilər.

İkincisi, sonra istehsal olunan tanklar texniki cəhətdən daha mürəkkəbdir və döyüş vəziyyətinə gətirmək daha primitiv erkən modellərə nisbətən daha çətindir.

Məhz yenə də Kovalenkoya görə, “məhz bu səbəbdən Rusiya tank çatışmazlığını kompensasiya etmək üçün T-54/55-i tozlu zirzəmilərdən çıxarmağa məcbur olur, çünki bu gün Rusiyada tankları yenidən bərpa etmək təsəvvür ediləndən də pisdir(?).

Ağasəf Babayev