“Başda Azərbaycan olmaqla TDT-ə üzv ölkələr aparılan işləri izlədilər”

22 Mart 2023 23:54 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

O qeyd edib ki, TDT-yə üzv ölkələr bütün gücü ilə Türkiyəyə dəstək göstərdi: “Biz TDT ilə artıq bir bədən üzvləri kimi olmuşuq. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”.