Ukraynanın yenidən bərpası üçün 411 milyard dolar lazmdır?

22 Mart 2023 23:27 (UTC+04:00)

Dünya Bankı, Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasını 411 milyard dollar dəyərində qiymətləndiririrlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, qeydedilən məbləğ 2022-ci il üçün hesablamalara görə, Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.

“2022-ci ilin sentyabrında analoji araşdırma Ukraynanın yenidən qurulmasının dəyərini 349 milyard dollar qiymətləndirib. Bu il ölkənin yenidənqurma üçün 14 milyard dollar investisiyaya ehtiyacı var. Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb”, - deyə məlumatda bildirilir.