Bakıda alış-veriş mərkəzində həyəcan siqnalı verilib

22 Mart 2023 21:24 (UTC+04:00)

“Dəniz Mall” ticarət mərkəzində həyəcan siqnalı verilib. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, vətəndaşlar ticarət mərkəzindən təxliyə edilib.

Buna səbəb isə, parkinqdə avtomobillərdən birinin tüstülənməsidir.