Dünya əhalisinin yarıdan çoxu piylənmə ilə mübarizə aparacaq

22 Mart 2023 22:54 (UTC+04:00)

Ümumdünya Piylənmə Federasiyası heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Xəstəlik olaraq qəbul edilən və bədəndə piy qatlarının artmasına səbəb olan köklük siqaretdən sonra qarşısı alına bilən ölümlərin ikinci ən əhəmiyyətli səbəbidir.

Piylənmə - maddələr mübadiləsinin pozulması nəticəsində orqanizmdə piyin həddindən artıq yığılmasıdır.

Ümumdünya Piylənmə Federasiyası heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyini bildirib.

Piylənmə müasir dövrün ən ciddi sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu insanların 650 milyonu yetkin, 340 milyonu gənc, 39 milyonu isə uşaqdır. Hər 7 kişidən 1-i və hər 5 qadından biri piylənmə ilə mübarizə aparır.

Piylənmədən əziyyət çəkən insanların sayı günü-gündən artır. Ümumdünya Piylənmə Federasiyasının yaydığı məlumata görə, 2035-ci ildə artıq çəki və piylənmə ilə mübarizə aparan insanların sayı 4 milyardı keçəcək.

ABŞ, Çin, Braziliya, Hindistan və Rusiyada piylənmə ilə mübarizə aparanlar sayı digər ölkələr ilə müqayisədə üç dəfə çoxdur.

Piylənmə insan orqanizmində ürək-damar sistemi, tənəffüs sistemi, hormonal sistem və həzm sistemi kimi sistemlərə mənfi təsir edən və bir çox mühüm xəstəliklərin yolunu açan bir xəstəlikdir.

Dünyada təxminən 2 milyard yetkin insan artıq çəkidən əziyyət çəkir, onlardan 650 milyonu obezdir. Piylənmə yalnız Avropada hər il 1 milyondan çox insanın ölümünə səbəb olur. 2025-ci ilə qədər hər 5 adamdan 1-nin artıq çəkidən əziyyət çəkməsi gözlənilir.

Qadınlar arasında piylənmənin ən yüksək olduğu ölkə Tonqadır.

Piylənmə qadınlarda daha çox rast gəlinir.

Qadınlar arasında piylənmənin ən çox müşahidə olunduğu ölkələr isə Şərqi Aralıq dənizi, Küveyt, Misir və Liviyadır.

Avropada qadınlar arasında piylənmənin ən çox müşahidə olunduğu ölkələr isə Rumıniya, Yunanıstan, Latviya və Portuqaliyadır.

Türkiyədə qadınların 30,3 faizi artıq çəki və ya piylənmə ilə mübarizə aparır.

Araşdırmalara görə, piylənmə xüsusilə son 42 ildə bütün dünyada sürətlə artaraq epidemiya kimi yayılıb. Fəaliyyətin azalması, enerji qəbulunun artması və inkişaf edən texnologiya ilə qidalanma vərdişlərinin sürətlə dəyişməsi piylənməni sürətləndirən səbəblərdəndir.

Həkimlərin məlumatına görə, piylənmə insan orqanizmində ürək-damar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, hipertoniya, xərçəng, diabet, dayaq-hərəkət sistemi xəstəlikləri kimi bir çox mühüm xəstəliklərin yolunu açan bir xəstəlikdir. Tədqiqatlar göstərir ki, Avropada piylənmə ilə mübarizə aparan xəstələrin 80 faizi tip 2 şəkərli diabet xəstəliyindən, 35 faizi ürək-damar xəstəliyindən, 55 faizi isə hipertoniyadan əziyyət çakir.

Az inkişaf etməmiş ölkələrdə piylənmə ilə mübarizə aparanların sayının digər ölkələr ilə müqayisədə çox olduğu müşahidə olunur.

Keçmişdə yalnız inkişaf etmiş ölkələrdə müşahidə olunan piylənmə problemi bu gün az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə artmaqdadır.Mәlumata görә, gәlәcәkdә piylәnmә problemi ilә üzlәşәcәk 10 ölkәdәn 9-nun Asiya vә Afrika qitәlәrindә yerlәşәn az inkişaf etmiş ölkәlәr olacaq.

Beynəlxalq ictimaiyyət bu ölkələrin sürətlə artmaqda olan bu xəstəliklə mübarizə apara bilməyəcəyini bildirir.