Nizami rayonunda mənzildə yanğın olub, bir nəfər xəsarət alıb

22 Mart 2023 22:16 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan tavan 20 m² sahədə qismən qarsalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN ) bildirilib.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.