Volodimir Zelenski Baxmuta gedib

22 Mart 2023 22:07 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Donetsk vilayətindəki Baxmut cəbhəsinə gedib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Volodimir Zelenski rəsmi teleqram kanalında paylaşım edib. Volodimir Zelenski paylaşımında burada ukraynalı döyüşçülərlə görüşdüyünü bildirib. Məlumata əsasən,Volodimir Zelenski cəbhə xəttindəki hərbçiləri ''dövlət ordeni'' ilə təltif edib.
Volodimir Zelenski deyib:“Bu gün burada olmaqdan və qəhrəmanlarımızı mükafatlandırmaqdan şərəf duyuram”.
Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski sonuncu dəfə 2022-ci ilin dekabr ayında Baxmuta səfər etmişdi.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevral ayında başlamışdı.