Ruslan Lunev Hindistanda gümüş medal qazanıb

22 Mart 2023 21:07 (UTC+04:00)

Hindistanda atıcılıq üzrə dünya kuboku yarışları keçirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Atıcılıq Federasiyasından bildiriblər ki, milli komandamızın üzvü Ruslan Lunev pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında ikinci olub. 579 bal toplayan təmsilçimiz dünya kuboku yarışlarında gümüş medal əldə edib.

Qeyd edək ki, bir müddət əvvəl R.Lunev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenzya qazanıb.