Hulusi Akar rusiyalı həmkarı ilə danışıb

22 Mart 2023 20:08 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl müqaviləsinin uzadılmasını müzakirə edib.