Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti AÇIQLANDI - TƏBİB

22 Mart 2023 19:58 (UTC+04:00)

TƏBİB tanınmış rejissor Oqtay Əliyevin düşdüyü qəza ilə bağlı açıqlama yayıb.

Qurumdan SİA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

Məlumata görə, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.