DİN-dən Oqtay Əliyevin öldüyü qəza ilə bağlı AÇIQLAMA

22 Mart 2023 19:56 (UTC+04:00)

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Qurumdan SİA-ya bildirilib ki, avtomobili idarə edən sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub: “Nəticədə onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib.