"Vaqneritlər"in Baxmuta hücumu uğursuz alınıb?

22 Mart 2023 19:48 (UTC+04:00)

Çərşənbə günü, martın 22-nə keçən gecə Ukrayna sərhədçiləri Donetsk vilayətinin Baxmut şəhərində düşmənin hücumunu dəf ediblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.

“Dünən gecə bir qrup vaqnerçi Baxmutdakı mövqelərimizin müdafiəsini yarmağa cəhd edib və növbəti dəfə məğlub olub”, - məlumatda deyilir.

Ukrayna sərhədçiləri atıcı silahlardan atəş açaraq düşməni qovublar: beş nəfər yaralanıb, biri məhv edilib.

Martın 22-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda, Ukrayna müdafiəçiləri Donbasda düşmənin 110-dan çox hücumunu dəf etdiyi bildirilir.

Rusların Avdeyevski, Baxmutski, Şaxtyorski, Maryinski və Limanski istiqamətlərində uğursuz hücum əməliyyatları keçirdikləri deyilir.

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər hələ də davam edir. Ukrayna tərəfinin dediyinə görə, düşmən ciddi itki verməkdədir.

Belə ki, bu gün Ukraynada rusların itkilərinin təxminən 167 490 nəfər təşkil etdiyi bildirilir.

Əli Babayev