Oktay Əliyev dünyasını dəyişib - YENİLƏNİB-FOTO

22 Mart 2023 19:26 (UTC+04:00)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, televiziya prodüseri, rejissoru Oktay Əliyev avtomobil qəzasında dünyasını dəyişib. SİA xəbər verir ki, hadisə Abşeron rayon ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi "Lexus 4.7" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarət alıb.

Kəmalə Nəsibova