Soyuqdəymə və qripin antibiotik müalicəsi üçün təbii tövsiyələr

22 Mart 2023 18:45 (UTC+04:00)

Payız və qış aylarında tənəffüs yolu infeksiyası olan hər 100 xəstədən orta hesabla 80 nəfərinin antibiotik müalicəyə ehtiyacı yoxdur. Çünki inkişaf edən tənəffüs yolu infeksiyalarının 80 faizini viruslar, qalan hissəsini isə bakteriyalar törədir. Antibiotiklər isə yalnız bakteriyaların yaratdığı yoluxucu xəstəliklərin müalicəsində istifadə olunur.

Qışın özünü göstərdiyi, xüsusilə tənəffüs yolları infeksiyalarının artdığı günlərdə edilən ən böyük səhvlərdən biri simptomlar başlayan kimi antibiotiklərə müraciət edilməsidir. Xüsusilə, payız və qış aylarında ən çox rast gəlinən sağlıq problemləri boğaz ağrısı ilə müşayiət olunan soyuqdəymə və qrip kimi xəstəliklərdir.

Soyuqdəymə və burun axması tez-tez qriplə qarışdırılır, lakin onlar arasında fərqlər nədir, izah edək:

• Bir çox növ və sayda virusun səbəb olduğu soyuqdəymələrdə quru öskürək, boğaz ağrısı, burun axması və bəzən yüngül qızdırma müşahidə olunur. Buna görə adam soyuq havalarda müxtəlif virus və alt tipi ilə qarşılaşa və bu xəstəliklərə bir dəfədən çox yoluxa bilir.

• İnfluenza viruslarının səbəb olduğu qripdə isə xəstəlik boğaz ağrısı ilə başlasa da, 38,5 və yuxarı dərəcələrdə qızdırma, əzələ, baş və hətta oynaq ağrıları ilə davam edir.

Payız-qış aylarında tənəffüs yolu infeksiyalarına yoluxan hər 100 xəstədən 80-də antibiotik müalicəsi tələb olunmur. Çünki tənəffüs yolu infeksiyalarının 80 faizini viruslar, qalan hissəsini isə bakteriyalar törədir. Soyuqdəymə və qripin müalicəsində antibiotiklərin heç bir faydası yoxdur. Antibiotiklər yalnız bakteriyaların yaratdığı infeksiyaları müalicə etmək üçün istifadə olunur, lakin lazımsız istifadə edildikdə bədəndəki faydalı dost bakteriyaları öldürür. Bundan əlavə, antibiotiklərə qarşı müqavimətə səbəb ola bilir.

Risk qrupuna aid olmayan insanlarda soyuqdəymə və qrip 5-7 gün ərzində öz-özünə sağalır. Təbii müalicə üsullarının şikayətləri yüngülləşdirdiyi və daha tez sağalmasını təmin etdiyi xəstəliklərdən bəlkə də ən çox yayılanı risk qrupuna aid olmayan insanlardakı soyuqdəymə və qripdir.

Adekvat istirahət, qidalanma və kifayət qədər maye qəbulu ilə yanaşı, həkim tərəfindən soyuqdəymə və ya qrip diaqnozu qoyulan adamlara dəstək üçün bəzi təbii məhsullar vardır. Ancaq unutmaq olmaz ki, təbii məhsullar müxtəlif dərmanlarla qarşılıqlı təsir göstərə bilir. Xüsusilə xroniki xəstəliklərinə görə müxtəlif dərmanlardan istifadə edənlər bu mövzuda mütləq həkimə müraciət etməlidir.

• Sarımsaq soyuqdəymə zamanı effektivliyi sübut edilmiş təbii məhsuldur. Daimi istifadə edildikdə xəstəliklərin tezliyini və sayını azalda, sağalmanı sürətləndirə bilir.

• Ekinezya yuxarı tənəffüs yollarının viral infeksiyalarında təsirli olan təbii bitkidir.

• Qış aylarında tərkibində C vitamini olan meyvə və tərəvəzlərin qəbulu soyuqdəymə və burun axması riskini azalda bilir.

• Sink həm hüceyrələrin çoxalması, immun reaksiya və nevroloji funksiyalarda mühüm rol oynayır. Ona görə də soyuqdəymə əlamətləri başlayan kimi istifadə edilərsə, xəstəliyin müddəti və gücünü azaldır. Sink içalat, paxla bitkiləri, çiy qoz-fındıq və buğda rüşeymində var.

• Boğaz ağrısı şikayətlərini aradan qaldırmaq üçün limonlu bal suyu içilə bilər. 1 qəhvə qaşığı bal və yarım limonun suyunu 250 mililitr qaynar suda qarışdırıb içməklə boğaz ağrısını aradan qaldırmaq olar. Bu qarışığın antioksidant təsiri sayəsində boğazdakı iltihablar da aradan qalxır.

• Bu prosesdə duz və ya bikarbonatlı su ilə hazırlanmış ağız qarqaraları da tətbiq oluna bilər.

• Ballı soğan siropu və evkalipt suyu da simptomları aradan qaldırmağa kömək edir.

Boğaz ağrısı, soyuqdəymə və qrip kimi viral infeksiyalar bakteriyaların A qrupu beta-hemolitik streptokokların səbəb olduğu stenokardiya zamanı baş verə bilir. Bu bakteriyaların xüsusilə 5-15 yaşlı uşaqların ürək qapaqlarında kardit və böyrəklərində nefrit əmələ gətirmə riski var. Ona görə boğaz ağrısı və soyuqdəymə kimi hallarda diaqnoz və müalicə üçün həkimə müraciət edilməlidir.