Gürcüstan parlamentinin plenar iclasında dava düşüb

22 Mart 2023 18:23 (UTC+04:00)

Gürcüstan parlamentinin plenar iclasında deputatlar arasında dava olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, deputatlar arasında əvvəlcə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

“Xalqın gücü” hərəkatının üzvü Viktor Caparidze müxalifətdən olan deputatları agent adlandırıb. Bundan sonra müstəqil deputat Tariel Nakaidze ona qarşı nalayiq sözlər işlədib. Daha sonra deputatlar biri-birlərinə fiziki güc tətbiq ediblər.

Fiziki qarşıdurmaya digər deputatlar da qoşulublar.

İclasda fasilə elan olunub, təhlükəsizlik xidməti deputatları zaldan çıxarıb.