Olaf Şolz nəyi isə gizlədir?

22 Mart 2023 17:52 (UTC+04:00)

...Olaf Şolz keçən ilin payızından bəri ABŞ-a “Şimal axını”nda baş verən partlayışları ört-basdır etməyə kömək edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə martın 22-də amerikalı jurnalist Seymur Herş yeni dərc olunmuş məqaləsində bildirib.

Deməli, Herşin sözlərinə görə, Almaniya kanslerinin qaz kəmərlərində törədilən təxribatdan əvvəlcədən xəbəri olub-olmadığı hələlik məlum deyil. Amma alman siyasətçinin Vaşinqtonun məlumatı gizlətmək cəhdlərində əli var.

Martın əvvəlində prezident Baydenin Vaşinqtonda Almaniya kansleri Olaf Şolzu qəbul etdiyini yazan amerikalı jurnlist, elə o vaxtdan bəri heç bir hökumət tərəfindən ictimaiyyətə açıqlanan heç bir bəyanat və ya yazılı razılaşma olmadığını bildirib.

Herşin dediyinə görə, amma diplomatik məlumatlara çıxışı olan bir mənbə ona Baydenlə Şolzun qaz kəmərlərinin ifşa edilməsi məsələlərini müzakirə etdiklərini bildirib.

Xatırladaq ki, Seymur Herş “The New York Times”ın “Şimal axını”nda partlayışı Ukraynayönlü qrupun təşkil etdiyinə dair məqaləsini şərh etməyib.

Qeyd edək ki, daha əvvəl Herş, ABŞ-ın “Şimal axını”ndakı partlayışlarda yeganə şübhəli olduğunu bildirmişdi.

Ağasəf Babayev