“Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir” - Ermənistanın xarici işlər naziri

22 Mart 2023 17:42 (UTC+04:00)

Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir. SİA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya göndərəcək.

Mirzoyanın sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi ehtimalı var.