BMT su böhranına diqqət çəkib

22 Mart 2023 17:45 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) həddindən artıq istehlak və iqlim dəyişikliyi səbəbindən qlobal su böhranının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

SİA-nın BBC-dən əldə etdiyi xəbərə görə, BMT-nin Su və Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) hazırladığı hesabatda həddindən artıq istehlak və çirklənmə səbəbiylə “qıtlığın endemik hala gəldiyi” və qlobal temperatur mövsümi su qıtlığını artırıb..

Hesabatın aparıcı müəllifi Riçard Konnor bildirib ki, dünya əhalisinin təxminən 10 faizi “su stresi” üçün kritik olan ərazilərdə yaşayır.

Dünyada 3,5 milyard insanın, ildə ən az bir ay su ehtiyatını keçən suya tələbat olaraq təyin olunan su stresindən təsirləndiyini bildirən Konnor qlobal su təchizatı ilə bağlı qeyri-müəyyənliklərin artdığını bildirib.

Konnor xəbərdarlıq edib ki, təchizat problemi həll olunmazsa, qlobal su böhranı yaranacaq.