Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

22 Mart 2023 15:42 (UTC+04:00)

“Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib. SİA xəbər verir ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyasında birləşib. Kemal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədridir.

Xatırladaq ki, ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.