Qadın sürücü qəza törədib

22 Mart 2023 13:52 (UTC+04:00)

Yevlax rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, hadisə Yevlax rayon ərazisində, Xaldan-Mingəçevir yolunda qeydə alınıb.

Qadın sürücünün idarəetməni itirərək avtomobili aşırması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.