Azərbaycan millisi Fransaya qarşı

22 Mart 2023 12:01 (UTC+04:00)

Bu gün Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçına çıxacaq. SİA xəbər verir ki, millimiz Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərindəki Pecara idman zalında keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyunun baş hakimi ingiltərəli Peter Nurse olacaq. Ona Martin Koster (Danimarka) və Norbert Szilagyi (Macarıstan) kömək edəcəklər.

Görüş “Fudbal BİH” yutub kanalı vasitəsilə yayımlanacaq.