Krım yarımadası səmalarında naməlum PUA vurulub

22 Mart 2023 09:32 (UTC+04:00)

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım yarımadası səmalarında naməlum PUA vurulub. SİA xəbər verir ki, bu barədə işğal administrasiyası məlumat yayıb.

Hadisə Sevastopol ərazisində baş verib. Bildirilib ki, PUA Rusiyanın Qara dəniz donanması tərəfindən vurulub.