Van şəhərində Novruz bayramını qeyd edən iranlı turistlər

21 Mart 2023 19:34 (UTC+04:00)

İranlı turistlər martın 20-də ölkələrində başlayan Novruz bayramını Türkiyənin Van şəhərindəki əyləncə mərkəzlərində əylənərək qeyd ediblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Novruzu yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edən iranlı turistlər yeni ilə öz mədəniyyətlərində “həft sin” (Yeddi S) süfrəsini hazırlayaraq daxil olurlar.

Novruz bayramı tətil günlərini dəyərləndirmək üçün Vana gələn iranlı turistlər əyləncə mərkəzlərində gündüzlər alış-veriş edir, gecələr də əylənirlər.

Novruzun yazın gəlişi və yeni ilin başlanğıcı kimi qeyd edildiyini ifadə edən turistlər “İranda Novruz martın 20-də başlayır və 13 gün davam edir. Van şəhərinə gəldik. Burada Novruzu şən qeyd etdik. Əla vaxt keçirdik” deyiblər.

Novruzdan əvvəl hazırlanan və iki həftə evin bir küncündə saxlanılan “həft sin” süfrəsində farsca “s” hərfi ilə başlayan tərəvəz, alma, sirkə, sikkə, sarımsaq, buğda və iydə var.