Bakıda avtomobildən 10 min manat pul oğurlanıb

21 Mart 2023 11:06 (UTC+04:00)

Bakıda avtomobildən 10 min manat pul oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.