5,5 bal gücündə zəlzələ olub

21 Mart 2023 09:25 (UTC+04:00)

Kosta-Rikada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 7,8 min əhalisi olan Kepos şəhərindən 11 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.