Aşıq Ulduzun müğənni qızı Niderlanda köçdü

21 Mart 2023 06:12 (UTC+04:00)

Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz Niderlanda köçüb. SİA xəbər verir ki, bu barədə U. Sönməz “Zaurla Günaydın” verilişində qonaq olarkən danışıb.

“Ailə qurub, xaricə köçüb. Bu dəqiqə onların evi Hollandiyadadır. Mən də bir dəfə gedib-gəlmişəm. Yenə gedəcəm. Burda da evləri var. Amma yoldaşının işi oradadır, iş adamıdır. Allah bütün balaları xoşbəxt etsin”, - deyə, aşıq bildirib.

Qeyd edək ki, Sədaqət 2019-cu ildə ailə qurub. Onun Bakıdakı toyu bəysiz baş tutub.