Zülfü Əsədzadə "Səs Azərbaycan"ın qalibi oldu - FOTO

21 Mart 2023 02:50 (UTC+04:00)

"Səs Azərbaycan" layihəsinin qalibi məlum olub. SİA xəbər verir ki, İTV-də yayımlanan "Səs Azərbaycan - Doğma mahnılar" layihəsinin qalibi Zülfü Əsədzadə olub.

Yarışmada Gülyaz Məmmədovanın komandasında yer alan Zülfü Əsədzadə finalda hamıdan çox səs toplayaraq qalib olub.

Qeyd edək ki, Zülfü Əsədzadə əməkdar artist Aybəniz Haşımovanın yetirməsidir və o uzun illər "Bülbüllər" qrupunda ifa edib.