Belarusda "şübhəli əcnəbi" yerindəcə məhv edilib

19 Mart 2023 19:28 (UTC+04:00)

Bazar günü, martın 19-da Belarus Dövlət Təhlükəsizlik Komitəsinin Qrodno şəhərindəki əməkdaşları əcnəbi vətəndaşı məhv ediblər. Belaruslu əməkdaşların dediyiunə görə, guya həbs edilməli olan əcnəbi onlara silahlı müqavimət göstərmək istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri belarusların “BELTA” agentliyi Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən yayımlayıb

Beləliklə, təhlükəsizlik xidmətin məlumatına görə, xüsusi təyinatlılar Belarus ərazisinə qanunsuz daxil olmaqla ölkədə terror aktı törətmək istəyiblər.

Xidmət, əcnəbilərin avtomat silah və qumbara ilə silahlandığını da bildirib.

Qeyd edək ki, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq İdarəsi tərəfindən saxlanılan əcnəbi vətəndaşın ölümü faktı ilə bağlı cinayət işi başlanıb.

Hazırda Komitənin əməkdaşları Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Ağasəf Babayev