Çin ABŞ və onun müttəfiqlərinə meydan oxuyur..?

19 Mart 2023 17:47 (UTC+04:00)

Çin prezidenti Si Sinpinin Moskvaya səfəri və onun Rusiya prezidenti Vladimir Putinlə görüşü ABŞ və onun müttəfiqlərinə meydan oxumaqdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Hill” qəzetinin köşə yazarı Ellen Mitçel yan edir.

Belə ki, avropalı jurnalist Çin prezidenti Si Sinpinin Rusiyaya bu işgüzar səfərinin onun Moskvaya dəstəyini nümayiş etdirdiyinə diqqət çəkib.

Mitçelə görə, bu, ABŞ və onun tərəfdarları üçün Rusiya Federasiyasına iqtisadi sanksiya təzyiqi baxımından əsl problem ola bilər.

Bundan əlavə, Si Sinpin və Vladimir Putin arasında aparılan danışıqların nəticələri kollektiv Qərb ölkələrinin onların həyatına əsassız müdaxiləsinə qarşı iki dövlət arasında əməkdaşlığın ictimai təsdiqi elan edilə bilər.

Maraqlıdır ki, hazırda Si Sinpinin səfəri ilə bağlı xəbərlər artıq Qərb liderlərini əsəbiləşdirməkdədir. Ona görə də Putinlə Si Sinpin arasında aparılan danışıqların nəticəsindən asılı olmayaraq, bu səfər Rusiya ilə Çin arasında münasibətləri xeyli gücləndirəcək.

Bunu da köşə yazarı bildirib.

Xatırladaq ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Çinin Ukrayna üzrə sülh danışıqlarının irəliləyişində konstruktiv rol oynayacağını bildirmişdi. Onun sözlərinə görə, Pekin Ukrayna böhranı ilə bağlı obyektiv və ədalətli mövqedən möhkəm yapışacaq.

Ağasəf Babayev