Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Azərbayсan Gənclər və İdman Nazirliyi və Milli İdman Növləri Assosiasiyası tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq möhtəşəm tədbir keçirilir.
SİA xəbər verir ki, tədbirdə Milli İdman Növləri Assosiasiyası bayramla əlaqədar olaraq müxtəlif nümunəvi çıxışlar göstərirlər. Belə ki, assosiasiyasının tərkibinə ox atma, pəhlivan idman növü, güləş, qılıncoynatma və s. idman növləri daxildir.