“Atletiko” “Valensiya”nı böyük hesabla məğlub etdi

19 Mart 2023 03:12 (UTC+04:00)

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir. SİA xəbər verir ki, “Atletiko” “Valensiya”nı qəbul edib. Görüş Madrid klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.

“Hindular”ın qollarına Antuan Qrizmann, Yannik Ferreyra Karrasko və Toma Lemar imza atıblar.

Qələbə ilə xallarını 51-ə yüksəldən “Atletiko” 3-cü pillədə mövqeyini möhkəmləndirib. Uğursuz mövsüm keçirən “Valensiya” 26 xalla 17-cidir.