Tramp həbs oluna bilər - FOTO

19 Mart 2023 03:10 (UTC+04:00)

ABŞ-nin eks-prezidenti Donald Tramp martın 21-də həbs edilə bilər. SİA xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.

O, bu məlumatın istintaq prosesi ilə bağlı mənbələrdən daxil olduğunu deyib, amma mənbənin adını çəkməyib. Eyni zamanda Manhetten Prokurorluğunun apardığı istintaq çərçivəsində həbsə hazırlaşdığını qeyd edib.

Tramp həmçinin əhalini etirazlara çağırıb.