Türkiyədə yaşayış binasına ildırım düşüb

19 Mart 2023 01:11 (UTC+04:00)

Türkiyənin Qaziantep şəhərində yaşayış binasına ildırım düşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülər yerli sakinlər tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

Videodan da aydın görünür ki, ildırım o qədər güclü çaxıb ki, şəhər işığa bürünür.

Xoşbəxtlikdən təbii fəlakət ciddi dağıntıya və insan tələfatına səbəb olmayıb.