Ukrayna Bəşər Əsədə qarşı sanksiyalar tətbiq etdi

19 Mart 2023 00:37 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Suriya lideri Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

Sənəddə bildirilib ki, sanksiyalar xüsusilə Əsədin aktivlərinin bloklanması və bəzi digər tədbirləri nəzərdə tutur.