Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

19 Mart 2023 00:29 (UTC+04:00)

Martın 19-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.