Ukrayna tankçıları poliqonda təlim keçirlər

19 Mart 2023 00:08 (UTC+04:00)

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin “Challenger 2” tanklarında təlim keçməsi zamanı lentə alınan videonu yayıb.

SİA xarici qaynaqlara istinadən Videonun nazirliyin “Twitter” səhifəsində yerləşdirildiyini bildirir.

Videoda Britaniya ordusunun nümayəndəsi, Ukrayna hərbçiləri, o cümlədən tank komandirləri, sürücülər, yükləyicilər və atıcılar üçün ayrıca kurslar təşkil olunduğunu dilə gətirib

Kadrlarda qülləsi olmayan təlim tanklarında və real tanklarda hərbçilərin poliqon ətrafında necə hərəkət etdiyi və atəş açdığı göstərilir.

Yeri gəlmişkən, Böyük Britaniyanın baş naziri Rişi Sunak bir müddət bundan əvvəl “Challenger 2” tanklarının mart ayında Ukraynaya gətiriləcəklərini demişdi.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Londondan bu tankların ilkin olaraq vəd edildiyindən iki dəfə çoxunu alacaqlar.

Ağasəf Babayev