“Qələbəmiz “Real”a ağır zərbə ola bilər”

18 Mart 2023 23:06 (UTC+04:00)

“Barselona"nın baş məşqçisi Xavi La Liqanın 26-cı turunda "Real"a qarşı keçirəcəkləri matç barədə danışıb.

“Sabah nə olursa olsun, həlledici matç olmayacaq. Hələ çox uzun bir yol var, lakin bizim qələbəmiz “Real” üçün ağır zərbə ola bilər. Məqsədimiz həmişəki kimi üstün olmaqdır". SİA-nın əldə etdiyi məlumata görə, bunu “Barselona"nın baş məşqçisi bildirib.

Qeyd edək ki, “El-Klassiko” sabah, martın 19-da baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.