Məhəmməd Salah yay transfer pəncərəsində "Liverpul"u tərk edə bilər.
SİA Qol.az-a istinadən xəbər verir ki, misirli hücumçu Mersisayd təmsilçisindən ayrılmağı düşünür. Onun bunu klubdan gizlətmədiyi vurğulanıb. 30 yaşlı oyunçu karyerasında növbəti addımı atmaq üçün yeni TOP kluba qoşulmaq istəyir.
"Liverpul"dan ayrılacağı təqdirdə, Salah üçün prioritet istiqamət İspaniya hesab olunur .
Qeyd edək ki, futbolçu bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb , 11 qol vurub və 7 qolun ötürməsini verib.