“Taxılı sazişi”nin müddəti daha 120 gün uzadılıb

18 Mart 2023 19:36 (UTC+04:00)

Ukrayna hökuməti “Taxıl sazişi”nin müddətinin daha 120 gün uzadılması ilə əlaqədar Türkiyə və BMT ilə razılıq əldə edib.

SİA AZƏRTAC-a istinadən bu barədə Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakovun sosial şəbəkədəki səhifəsinə istinadla xəbər verir. Nazir qeyd edib: “Bu sənədin qüvvədə olması müddətinin daha 4 ay uzadılması üçün göstərdikləri səylərə görə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həmçinin bütün tərəfdaş ölkələrə təşəkkürümü bildirirəm”. O əlavə edib ki, sazişin müddətinin uzadılması Ukraynanın bundan sonra da aqrar məhsullarını üç dəniz limanından ixrac edəcəyi anlamına gəlir.

A.Kubrakov bildirib ki, 2022-ci il avqustun 1-dən etibarən Ukrayna dünyanın ehtiyacları üçün 25 milyon ton aqrar məhsul göndərib. O vurğulayıb: “Bununla belə, əsas məsələ Türkiyənin təftiş yoxlamalarının sürətlənməsidir. Bu, bütün dünyaya daha çox Ukrayna aqrar məhsulları ixrac etməyə imlan verəcək. Biz, həmçinin Nikolayev vilayətinin taxıl təşəbbüsünə daxil edilməsi və yüklərin nomenklaturasının genişlənməsi üzrə işləri davam etdiririk”.