Donald Tramp həbs oluna bilər?

18 Mart 2023 18:56 (UTC+04:00)

ABŞ-nin sabiq prezidenti Donald Tramp yaxın günlərdə həbs olunacağını güman edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Donald Tramp Manhattan dairə məhkəməsinin “Stormi Deniels” işi çərçivəsində qərar çıxararaq ona qarşı ittiham irəli sürməyə hazırlaşdığını düşünür. O, özünün “Truth Social” sosial şəbəkəsində gələn həftənin çərşənbə axşamı günü həbs olunacağını yazıb.

Sabiq prezident tərəfdarlarını mümkün həbsinə qarşı etirazlara səsləyərək, onları ölkəni “geri qaytarmağa” çağırıb.

Xatırladaq ki, 2018-ci ilin yanvarında “Wall Street Journal” qəzeti Donald Trampın 2006-cı ildə aktrisa Stormi Deniels ilə intim əlaqəsi olduğu və susması üçün ona 130 min dollar ödədiyi barədə məqalə dərc edib. Nəşrin iddiasına görə, aktrisa Donald Trampı və onun vəkili Maykl Koeni məhkəməyə verib.