Xızı polisi şəhid ailələrini ziyarət edib - FOTOLAR

18 Mart 2023 18:42 (UTC+04:00)

Respublikanın bütün bölgələrində olduğu kimi Xızı rayonundan olan şəhid ailələri də hər zaman diqqət mərkəzindədir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Xızı rayonundan olan 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Şəhidlərin əziz xatirələri yad edilib, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparılıb. Daha sonra şəhid ailələrinə bayram sovqatları verilib.

Eyni zamanda polis əməkdaşları tərəfindən aztəminatlı ailələrə və tənhalara bayram sovqatları verilib.