Vanadzorda zavod yanıb

18 Mart 2023 18:15 (UTC+04:00)

Ermənistanda, Vanadzorda penoplast zavodunda güclü yanğın baş verib.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyət yerində qiymətləndirildikdən sonra yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanğın barədə siqnal Lori Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 15:46-da daxil olub.

Yanğın zavodun sexlərindən birində baş verib.

Hadisə yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət iki döyüş briqadası yola düşüb. Yanğın BIS-2 dərəcəsi ilə təltif edilib. Rayon Fövqəladə Hallar və Xilasetmə İdarəsinin əməliyyat qrupu və daha iki yanğınsöndürmə briqadası həmkarlarına kömək etmək üçün yola düşüb.

Hazırda yanğının lokallaşdırılıdığı bildirilir.

Əli Babayev