Yermak və Zalujnı ABŞ hərbi komandanlığı ilə birgə danışıq aparıblar

18 Mart 2023 18:03 (UTC+04:00)

Şənbə günü, martın 18-də Ukrayna Prezidenti Vladimir Zelenski aparatının rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə birgə ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə apardıqları telefon danışığı barədə bəzi açıqlamalar veriblər.

SİA-nın əldə etdiyi məlumata görə, sonradan bu danışıqlara Zalujnı və Yermakdan başqa, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Andrey Reznikov, hərbi qrupların komandirləri, eləcə də Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski və “Tavriya” əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski söhbətdə iştirak ediblər.

Söhbətin sonunda Ukrayna prezidenti Vladimir Zelenskinin də danıçıqlara qoşulduğu bildirilir.

Verilən xəbərlərə görə, Ukrayna və ABŞ nümayəndələri cəbhədəki vəziyyəti və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını müzakirə ediblər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Scott Ritter Kiyevin məğlubiyyətindən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin taleyini proqnozlaşdırmışdı.

Ritterin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı məğlubiyyətindən sonra guya Zelenski ölkəni tərk etməli olacaq.

Bunun alternativi isə Zelenskinin ölümü olacaq.

Ağasəf Babayev