Bağdadda beynəlxalq konfrans keçiriləcək

18 Mart 2023 17:01 (UTC+04:00)

İraqın paytaxtı Bağdad şəhərində gələn həftə Türkiyə güc strukturu nümayəndələrinin iştirakı ilə beynəlxalq dialoq üzrə 5-ci konfrans keçiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, konfransda Türkiyə ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya güc strukturlarının nümayəndələri iştirak edəcək.